Türkiyə pilotun meyitini qaytardı

rus-teyyaresi-vurulduÖtən həftə Türkiyənin vurduğu Rusiya təyyarəsinin pilotunun meyiti Rusiyaya göndərilib.

Ankaradan gələn xəbərlərə görə, pilotun meyiti noyabrın 29-da Suriyadan Ankaraya, bazar ertəsi isə oradan Rusiyaya göndərilib.

Türkiyə təyyarəni noyabrın 24-də vurub, Su-24 bombardmançısının xəbərdarlıqlara baxmayaraq hava məkanını pozduğunu bildirib.