Nazarbayev Ərdoğanla Putini barışdırmaq istəyir

101460Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya-Türkiyə sərhədində yaşanan insidenti müzakirə etmək üçün yaxın zamanda rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istədiyini bildirib.

ANS PRESS-in Türkiyə prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Türkiyəli prezident bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayeva telefon danışığı zamanı deyib.

Məlumatda qeyd olunur ki, Nazarbayev Su-24 insidentinin ərtaflı araşdırmasına dair ikitərəfli komissiyanın yaradılmasını təklif edib. Qazaxıstan respublikasının başçısı Rusiya-Türkiyə münasibətlərinin uzun illər ərzində inkişaf etməsini xatırladaraq bu münasibətlərin qorunub saxlanılmasına görə tərəflərin məsuliyyəti öz üzərinə götürməli olduqlarını vurğulayıb.

“Nursultan Nazarbayev tərəflərin vəziyyəti gərginləşdirməməsi üçün bütün lazımi tədbirlər görəcəklərinə ümid edir”, – deyə məlumatda bildirilir.

Noyabrın 24-də Türkiyə qırıcıları Suriya ilə sərhəddə Rusiyaya məxsus həbi təyyarəni vurublar. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhəddi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir.

Suriya-Türkiyə sərhədində təyyarənin enməsi
Vurulan “Su-24” də iki pilot olub. Onlar yanan təyyarədən çıxa bilsələr də, biri türkmənlər tərəfindən vurularaq havada öldürülüb. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib.

Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatlar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya “arxdan vurulan zərbə”adlandırıb.

İnsidentdən sonra iki ölkə prezidentinin görüşü bu gün Fransanın paytaxtı Parisdə keçirilən 21-ci BMT İqlim Dəyişikliyi Konfransı çərçivəsində görüşəcəyi bildirilir .