Nardarandakı həbslərdən sonra Lənkəranda da bu gün yeni həbs həyata keçirilib. “İslamazeri”nin yaydığı məlumata görə, Cənub bölgəsinin tanınmış ruhanisi Seyid Elman Ağayev həbs olunub. Onun hazırda hara aparıldığı məlum deyil.
Nardarandakı olaylardan sonra rəsmi qurumların açıqlamasında Elman Ağayevin də adı hallanırdı.
Elman Ağayevi də Nardaran hadisələri baş verən gün Lənkəranda saxlanılan başqa bir ruhanı Zülfüqar Mikayılzadə ilə eyni vaxta həbs etmək istəyiblər. Lakin inanclı insanlar məscidin qarşısına yığılaraq buna imkan verməyiblər. Yerli icra orqanları da toplaşan insanları Elman Ağayevin həbs edilməyəcəyi vədi iləsakitləşdiriblər.