Sabirabad sakinləri Ilham Əliyevə müraciət edib
Redaksiyamıza Sabirabad sakinlərinin müraciəəti gəlib. Soyuqlar başlayandan qazsızlıqdan əziyyət çəkən rayon sakinləri çıxış yolunu Ilham Əliyevə müraciət etməkdə gördüklərini deyirlər:
“Soyuqlar başlayandan qaz üzünə həsrət qalmışıq. Evlərimizi qızdırmaq bir yana, heç isti yemək də hazırlaya bilmirik. Gündüzlər işıldayan qaz gecələr yoxa çıxır. Dərd burasındadır ki, rayonun qazdoldurma məntəqələrində də qaz yoxdur ki, heç olmasa balonları dolduraq. Biz də bu ölkənin vətəndaşıyıq, xaricidəkilər kimi biz də insanıq. Bizə də istilik lazımdır. Balalarımızı qorumaq bizim vəzifə borcumuzdur. Amma sizin də vəzifə borcunuzdur ki, ölkə vətəndaşlarının qayğısına, həm də andınıza sadiq qalasınız. Xaricə qaz satdığınız kimi bizə də satın. Pulundan arxayın olun”.
Informasiya şöbəsi