Tale Bağırzadə haqda müəmmalı foto-xəbər

vurtualaz-nardaran-xeberNoyabrın 26-da Nardaranda Tale Bağırzadənin keçirdiyi toplantıdan polis əməliyyatından 1 saat qabaq çəkildiyi iddiası ilə “virtualaz.org” saytına göndərilən və orada yayılan fotolarla bağlı qeyri-dəqiqlik üzə çıxıb. Belə ki, saytın dərc etdiyi fotoların hər ikisi Huseyn Zade adlı feysbuk istifadəçisinin profilində bir neçə gün qabaq yayılıb. Fotolardan biri (aşağıdakı xəbərə əlavə olunmuş 1-ci foto) noyabrın 19-da, o biri (aşağıdakı xəbərə əlavə olunmuş 2-ci foto) isə moyabrın 25-də paylaşılıb.

Noyabrın 19-da foto bu sözlərlə paylaşılıb ki, Nardarana Tale Bağırzadəni tutmaq üçün qoşun gələcəyi haqda təxribatçı məlumatlar yayılır, buna inanmayın. (https://www.facebook.com/photo.php?fbid=423110581225048&set=a.122398184629624.1073741830.100005783284157&type=3&permPage=1)

Noyabrın 25-də paylaşılan fotoya isə bu sözlər əlavə olunub: “Hacı Taleh Töfsiyələrində Vəhdətin Dahada Möhkəmliyinin Saxlanılmağın Vacibliyini Bildirir. Hər kəs Hacı İlə Azad Görüşüb Sual və Cavablarını Ala Bilər”.

Bu da həmin paylaşımların edildiyi profilin linki: https://www.facebook.com/huseyin.zade.169

Bu uyğunsuzluq üzə çıxandan sonra virtualaz.org saytı əlavə xəbər yayıb ki, fotoları sayta blogger Mehman Hüseynov təqdim edib. Və o, fotoların məhz noyabrın 26-da, əməliyyatdan əvvəl çəklidiyinə israr edir. Blogger bildirir ki, fotoşəkilləri çəkən şəxs həmin görüşdə bilavasitə iştirak edib və təhlükəsizlik mülahizələrini əsas götürərək bloggerə məsləhət görüb ki, fotoşəkillərin dərc olunma tarixini gizlətsin, yəni onları arxa tarixlə yayımlasın. Nəticədə də belə vəziyyət yaranıb…

Məsələ ilə bağlı əlavə mübahisə açmadan oxuculara tövsiyə edirik ki, hər iki fotoya diqqət edib onların eyni vaxtda, eyni toplantıda çəkilmiş olub-olmadığını özləri müəyyən etsinlər.

***

Noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnən əməliyyatdan qabaq Tale Bağırzadə ilə bir evdə keçirilən toplantının fotoları yayılıb. Fotolar “virtualaz.org” saytına göndərilib.

Fotolardan məlum olur ki, Nardaran sakinlərindən birinin evində keçirilən toplantıda onlarla dindar var. Hacı Tale Bağırzadə isə başda oturub və hansısa məsələni müzakirə edir.

Fotonu göndərən mənbə bildirir ki, bu kadrların çəkilməsindən düz bir saat sonra DİN-in xüsusi təyinatlıları evə basqın edib.