“The Guardian”dan növbəti qalmaqallı yazı

Qəzet ingiltərəli parlamentarilərin Azərbaycana “yağlı” səfərlərini kəskin tənqid edib

Britaniyanın nüfuzlu qəzeti mövzu ilə bağlı “Azadlıq”a  istinad etdi

Böyük Britaniyanın nüfuzlu “The Guardian” qəzetində Azərbaycanla bağlı növbəti qalmaqallı yazı dərc edilib. Müəllif Hyuc Muir İngiltərə parlamentarilərinin ölkəmizə konyuktur səfərlərini tənqid atəşinə tutub. O, xüsusilə İngiltərə parlamentində liberal demokratları təmsil edən Mayk Hankkokun ötən həftə Bakıya etdiyi səfərə toxunaraq bu məsələdə müəyyən problemlərin olduğunu yazıb. Hyuc Muiri əvvəlcə səfər xərcinin şübhəli şəkildə az göstərilməsini önə çəkib: “Hər şeyi olduğu kimi deyəcəyik – onun (Mayk Hankkokun-red) otel, uçuş xərcləri 1500 funt sterlinq kimi qeydə alınıb. Amma deyəsən siyasət öz işini görüb – ola bilər ki, köçürmələrdə bəzi itkilər baş verib”.
Daha sonra müəllif bu məsələ ilə bağlı “Azadlıq” və “Yeni Müsavat”ın yazdıqlarına da diqqət çəkib: “İstənilən halda Azərbaycanda nəşr olunan “Azdlıq” qəzetinin ilk səhifəsində bu məsələ önə çəkilib. “Yeni Müsavat” qəzeti də məsələyə toxunaraq bunun İlham Əliyevin korrupsiya qalmaqalı kimi dəyərləndirib. “Azadlıq” yazıb ki, 1500 funt sterlinq  Hankkoka Bakıya səfər etdiyi üçün qonorar verilib. Və bu səfər hakimiyyətdə narazılıq yaradıb. Bildirilir ki, müstəqilliyin 20 illiyi ilə bağlı tədbirin təşkilatçısı Elxan Süleymanov sirrin açıldığı üçün tənqid edilib”.
Hyuc Muiriyə görə, ingiltərəli parlamentilər hansısa müəyyən qonorar müqabilində Azərbaycana səfər etdikləri üçün bu ölkədə baş verən əsas hadisələrə münasibət bildirmək imkanından məhrumdurlar: “Bizim qanunvericilər o cümlədən Mayk Hankkok Azərbaycanı hər zaman diqqətdə saxlayır. Bu tədbirdə o, Azərbycana Avropa Birliyi ilə geniş əməkdaşlığa, NATO-nun İraq və Əfqanıstan əməliyyatlarına yardım etdiyinə görə təşəkkür edib. Qonaqlığa Paul Flinn və Mark Durkin də qoşulub. Lakin onlar bu təbriklərin əvəzinə ölkədə insan hüquqlarının vəziyyətindən danışsaydılar, daha yaxşı olardı. Azərbaycan 2010-cu ildə korrupsiyaya görə 178 ölkədən 134-cü olub. Bizim qanunvericilər Bloggerlərin tutulmasından, insanların əzilməsindən, “Evrovision” müsabiqəsində Ermanistana səs verən vətəndaşların polis tərfindən sixilmasından danışmalıydılar. Təəssüf.
Əgər Flinn və Durkin Azərbaycana səfər etmək istəyirlərsə, qalmaq, yemək-içmək xərclərini özləri çəkməlidirlər”.