Türkmənlər Qızıldağı geri aldı

TurkmenlerSuriyanın Bayır Bucaq bölgəsindəki Türkmən dağının Qızıldağ təpəsi yenidən türkmən döyüşçülərinin nəzarəti altına keçib. Türkmənlər Əsəd qüvvələrinə aid  2 ədəd tankı da qənimət ala bilib.

Suriya hökümət qüvvələri 2 gün əvvəl Rusiya hərbi birliklərinin havadan və dənizdən dəstəyi ilə Türkmən dağının strateji əhəmiyyətə malik hissəsi olan Qızıldağ təpəsini ələ keçirmişdi. Dünən axşam saatlarında hücuma keçən türkmənlər, səhər saat 06.00 radələrində Qızıldağa nəzarəti təmin edə bilib.

 

azadliq.info