Dünən Nardaranda həyata keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşları II Fəxri xiyabanda dəfn ediliblər.
Mərasimdə daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, müdafiə naziri Zakir Həsənov, Yol Polisinin rəisi Ramiz Zeynalov, baş prokurorun müavini Rüstəm Usubov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov, Prezident Administrasiyasının Müdafiə Məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev də iştirak edib.
Dəfn mərasimi saat 13.35-də başa çatıb.












