Nardaranda ölənlərin adları bilindi

Nardaranda dünən həyata keçirilmiş əməliyyat zamanı öldürülən bütün şəxslərin adları məlum olub.

Virtualaz.org-un hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla yaydığı xəbərə görə, həlak olan polis əməkdaşları Vüqar Əyyub oğlu Nəsibov və İsmayıl Rəsul oğlu Tağıyevdir.

Öldürülən sakinlər isə bunlardır: Babayev Əkbər Nazim oğlu, Səfərov Sarvan Şirvan oğlu, Bünyadov Rəfail Zeynalabdin oğlu və Abbas Hüseyn.

Abbas Hüseyn xəstəxanada keçinib.