“Qəbələ” futbol klubunun baş məşqçisi Tony Adams istefa verib. Bu barədə “Apasport.az” saytı xəbər verir. Xəbərə görə, ingiltərəli mütəxəssis, “Arsenal”ın əfsanəvi futbolçularından olan Toni Adams istefanın səbəbinin ailə vəziyyətilə bağlı olduğunu deyib.
Xatırladaq ki, “Qəbələ”nin prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. O, Toni Adamsı klubun baş məşqçiliyinə 2010-cu ildə 1 milyon funt-sterlinqlik müqavilə ilə cəlb etmişdi. Müqavilə 1 illik idi.
“Qəbələ”nin cari mövsümdə Premyer Liqada keçirdiyi 12 oyundan sonra 15 xalı var. Komanda Adamsın rəhbərliyi altında 4 qələbə qazanıb, 3 heç-heçə edib, 5 oyunda isə məğlub olub.