Nardaranda həlak olan polislərin biri bu zabitdir VİDEO

https://www.youtube.com/watch?time_continue=1&v=mqUYboU3OYc

Nardarandakı silahlı toqquşmada həlak olan iki polis əməkdaşından birinin kimliyi məlum olub.

Femida.az-ın əldə etdiyi məlumata görə, həlak olanlardan biri polis zabiti, 1975-ci il təvəllüdlü, mayor Vüqar Nəsibovdur. O, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı olub.

Vüqar Nəsibov evli olub, iki övladı var.

Mərhum polis əməkdaşı noyabrın 27-də II Fəxri Xiyabanda dəfn ediləcək.