Hakimiyyət “Eurovision”un ləğvindən narahatdır

Müsabiqəyə Italiyada da hazırlıqlarının getməsi iqtidarı təşvişə salıb

Azərbaycan hökumətinin Bakıda keçiriləcək “Eurovision-2012″ Mahnı Müsabiqəsi ilə narahatçılıqlarının sırasına biri də əlavə edilib. Bu təşkilatçıların son anda müsabiqənin Azərbaycandan keçirilməsindən imtina etməsilə bağlıdır. Hakimiyyətdə belə bir məlumat var ki, təşkilatçılar müsabiqədə ikinci yer tutan Italiyada da ”Eurovision”la bağlı hazırlıqlar görürlər. Yeri gəlmişkən, bu günlərdə Rusiya mətbuatında da müsabiqənin Italiyada keçirələcəyi barədə məlumat dərc olunmuşdu.
“Azadlıq”a sızan məlumatlar görə, Azərbaycan hakimiyyəti narahatdır ki, müsabiqənin ölkəmizdə keçirilməsindən imtina siyasi səbəblərlə bağlı ola bilər. Lakin o da istisna edilmir ki, Italiyadakı “Eurovision” hazırlıqları sadəcə  prosedur qaydasıdır.
Xatırladaq ki, hakimiyyətin başqa bir narahatçılığı Iranın “Eurovision”nun keçirilməsinə mane ola biləcəyi ilə bağlıdır. Hakimiyyət ehtiyat edir ki, Tehran “Eurovision” ərəfəsində hansısa təxribatlar törətməklə müsabiqənin keçirilməsini əngəlləyə bilər.

Informasiya şöbəsi