Amerika gizli servisi Ağ Evin pəncərələrinin birində gülləkeçirməz şüşədə qalmış bir güllə tapıb. Güllə Ağ Evə xaricdən atılıb. Hadisə ilə bağlı istintaq başlandığı deyilir.
Keçən həftənin sonlarında şahidlərə istinadla xəbər yayılmışdı ki, Ağ Ev yaxınlığında silah səsləri eşidilib. Bunun ardınca da ərazidən iki avtomobilin sürətlə keçdiyini görüblər. Daha sonra ərazidən bir ədəd Kalaşnikov avtomatı tapılıb.
Gizli servis Ağ Evin pəncərəsində tapılan güllənin həmin avtomatdan atılıb-atılmadığı haqda qəti bir fikir söyləməyib.
Polis isə ötən həftəki hadisədə əlaqəsi olduğu güman edilən Oscar Ortega Hernandez adlı bir nəfərin həbsinə dair qərar çıxarıb.