Ankarada Qəzzafinin silah anbarı tapıldı

Torpağa basdırılmış torbalardan çoxlu sayda silah və sursat çıxıb

Liviyanın qətlə yetirilmiş lideri Müəmmər Qəzzafi dövründə xarici ölkələrdəki səfirliklərin də cəbbəxanaya çevrildiyi ortaya çıxıb. Lent.az-ın məlumatına görə, Liviyanın Türkiyənin paytaxtı Ankarada yerləşən səfirliyində 3 ay ərzində 2 silah-sursat anbarı tapılıb.

Anbarlar səfirliyin bağçasında aşkarlanıb. Qazıntılar zamanı torpağa basdırılmış çoxsaylı polietilen torbalar üzə çıxıb. Saatlarla davam edən qazıntılardan sonra tərcüməçinin müşayiəti ilə səfirlik müşavirinin izahatı alınıb. Torbalardan 38 ədəd silah və mərmi tapılıb.

Torbalardan çıxan silahlar:

3 ədəd Uzi markalı (1-J2705, 2-J3073, 3-J3247 seriya nömrəli) avtomat silah
4 ədəd 6,35 “Walter” markalı tapanca (1-284942, 2-284955, 3-284957, 4-284958 seriya nömrəli)
4 ədəd 7,65 “Walter” markalı tapança (1-243089, 2-314821, 3-314822, 4-314824 seriya nömrəli)
9 ədəd “Baretta-6,35” markalı tapança (1-A21198R, 2-A26617V, 3-A21197V, 4-A26705V, 5-A26684V, 6-A26365V, 7-A28013V, 8-A26590V, 9-A26517V seriya nömrəli)
1 ədəd “Kırıkkale” 7,65 MKE istehsalı olan tapança (177972-81177972 seriya nömrəli)
17 ədəd “Browning-7,65” markalı tapança (1-77H41729, 2-77H41617, 3-77H41723, 4-77H41611, 5-76H39306, 6-76H38919, 7-77H41612, 8-76H39585, 9-76H39465, 10-77H41725, 11-77H41606, 12-77H41848, 13-76H39345, 14-76H38918, 15-76H39309, 16-77H41722, 17-77H41727 seriya nömrəli) silah
12 ədəd Uzi adapteri
178 ədəd müxtəlif çapda mərmi
56 ədəd kiçik silahlara məxsus adapter

Bütün bu silahları vaxtilə Yenikent Zir vadisindəki Ergenekon cəbbəxanasını da üzə çıxarmış özəl yetkili prokuror Mustafa Bilgili aşkarlayıb. O, tapılan silah-sursat üzərində barmaq izi və kriminal əlamətlərin olub-olmadığını araşdırmaq üçün təhqiqat qrupuna göstəriş verib.