Türkiyə Azərbaycan üçün nə deməkdir?

sahveled_cobanogluArada Türkiyəni tənqid edirsiniz, Ərdoğanı da. Çox vaxt da haqlı olursunuz. Bu oğru rejimə verdikləri dəstəyə görə qəzəblənirsiniz də. Azərbaycandakı gerçək duruma, xalqa edilən zülmə, demokratiyanın halına, saxtakarlığa münasibətdə Türkiyə hökumətləri ruslardan elə də fərqlənmirlər hələlik.

Amma bütün hallarda Türkiyə Azərbaycan üçün çox önəmli dövlətdir. Təkcə ona görə yox ki, bir millət, iki dövlətik. Çox ciddi səbəblər var:

1. Türkiyə müstəqilliyimizin qarantlarından biridir. İranın sərhədlərimizi havadan və sudan təhqiramiz şəkildə ayaqladığı bir dönəmdə Şahinlərin Bakı göstərisi simvolik bir olaydır. Ən başlıcası isə, biz Türkiyədən inam və cəsarət alırıq, bizi ayaqda saxlayır onun varlığı. Müstəqilliyimizi qoruya biləcəyimizə inam verir Türkiyənin sadəcə varlığı.
2. Türkiyə bizim çağdaşlığa, Avropaya, Qərbə qapımızdır. Bütün Şərqin. Reallıq budur. Hətta coğrafi cəhərdən belədir. Türkiyə bu gün bizim dünyəvi respublika arzularımızın real modelidir. Ərdoğan-zad gəldi-gedərdir.
3. Türkiyə bu gün yaxşı təhsilə, səhiyyəyə, güclü iqtisadiyyata çox vacib çıxışımızdır. Oxuya biləcəyimiz kitablardır. ODTU-dir, İstanbul Universiteti Tibb fakültələrdir və s.

4. Nəhayət, bütün hallarda ondan etibarlı və yaxın qonşumuz olmayacaq.
Türkiyəni sevməyiniz millətçilik deyil, bütün hallarda onu sevməyə kifayət qədər bəşəri səbəblər var, son təyyarə olayında göstərdiyi bəşəri cəsarət də daxil olmaqla.

 

Şahvələd Çobanoğlu