Türkiyənin yardım karvanı Suriyada vuruldu: 7 ölü, 10 yaralı FOTO VİDEO

https://www.youtube.com/watch?v=NUpIzg-zzZw

Türkiyədən Suriyaya humanitar yardım aparan maşın karvanı vurulub. “Reuters”in yaydığı məlumata görə, yarım karvanı Kilis-dən Suriyaya girəndən sonar, sərhəddə vurulub.

Humanitar yardım fəalları agentliyə deyib ki, karvan havadan zərbə ilə vurulub.

“Yanğını söndürməyə çalışırıq. Maşınlar bizim deyil və kimin bombaladığını da bilmirik”, deyə fəallardan Mustafa Özbek bildirib.

Hücum nəticəsində 7 nəfərin öldüyü, 10 nəfərin yaralandığını, 20 TIR-ın isə yandığını bildirilir.

Bğlgədəki müzalif güclər hava zərbələrini Rusiya təyyarələrinin endirdiyini iddia edir. Türkiyədən isə bununla bağlı hələlik hər hansı açıqlama verilməyib.


azadliq.info