“Biz necə öz hava məkanımızı müdafiə ediriksə…”

kameron“Türkiyənin öz hava məkanını qoruma haqqına hörmət edilməlidir” bunu Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasına münasibət bildirən Britaniyanın baş naziri Devid Cameron deyib. Hadisə ilə bağlı dolğun məlumata malik olmadıqlarını bildirən Cameron, fikirlərinə belə davam edib: “Hələlik hadisə ilə bağlı tam bilgilərə sahib deyilik. Lakin biz necə öz hava məkanımızı müdafiə edirik, Türkiyənin də öz hava sərhədlərini qoruma haqqına hörmətlə yanaşmalıyıq”.

 

azadliq.info