Tofiq Yaqubludan AXCP-yə dəstək

tofiq-yaqubluSiyasi məhbus Tofiq Yaqublu Ədliyyə  Nazirliyinin AXCP-yə qarşı süni əngəllər yaratmasını pisləyib və bunun qanunsuz olduğunu bildirib. Tofiq Yaqublunun bu məsələ ilə bağlı fikirləri Nigar Yaqublunun “facebook” səhifəsindən götürülüb.

“Ədliyyə Nazirliyi AXCP-nin sənədlərini geri qaytarıb ki, bəs  sizdən əvvəl  “AXCP” adında başqa bir qurumdan qeydiyyat üçün ərizə daxil olub və qanunvericilik eyni adda hüquqi şəxslərin qeydiyyatını qadağan etdiyi üçün sizin sənədlərə baxıla bilməz. Əlbəttə ki, bunun həyasızlıq və qanunsuzluqdan başqa bir adı yoxdur. AXCP-nin hüquqi durumunu və adını mübahisələndirənlərə  nifrətim də öz yerində. Ancaq yalançını, yəni quqqulu Ədliyyə Nazirliyini öz arqumentimlə susdurmağı  da lazım bilirəm. Bu qurum  həqiqi AXCP-ni qanunun tələbi ilə oyundankənar qoymağa çalışır ve absurd səbəb göstərir. Ele isə məhz həmin o səbəbə görə ƏN PA-nın əldəqayırma AXCP-sinin sənədlərini də geri qaytarmalıydı. Çünki həmin adda və artıq çoxdan qeydiyyatdan keçmiş  siyasi tışkilat varıydı. Məsələn, kimlərsə siyasi partiya yaradaraq, adını YAP qoyub, ƏN-ə müraciət etsə, onlara deyiləcək ki, artıq “YAP” adında partiya qeydiyyatdan keçib, gedin, özünüzə başqa ad tapın. İndiki halda da  belə olmalıydı”.

Bu yazı Nigar Yaqublunun “facebook” səhifəsindən götürülüb.