İbrahimbəyovun əsəri Nijni Novqorod səhnəsində

Noyabrın 14-18-dək Moskvada üç teatr səhnəsində “Ibrus” teatrının 10 illik yubileyi qeyd olunur. Bu ərəfədə Rusiyanın başqa bir şəhərində – Nijni Novqorodda Akademik Dram Teatrının səhnəsində Rüstəm Ibrahimbəyovun pyesi əsasında hazırlanmış “Ivan Buninin son döyüşü” tamaşası göstərilib. Mətbuatın məlumatına görə, tamaşada müəllifin iştirakı, sonra onun teatr ictimaiyyəti ilə görüşü şəhərin mədəni həyatında mühüm hadisə olub.

Görkəmli həmyerlimizin suallara cavabları alqışlarla qarşılanıb. “Ibrus” teatrının yaranma tarixi, onun parlaq fərdi səhnə tərzi çoxdan Rusiya və Avropa tamaşaçıları və teatr xadimlərinin rəğbətini qazanıb. Rusiyanın başqa şəhərlərində də R.Ibrahimbəyovla görüşlər planlaşdırılır. 2012-ci ildə Moskvada və digər şəhərlərdə onun pyesləri əsasında yeni tamaşalar üzərində iş başlayacaq.