Dünən səhər saatlarında Türkiyə tərəfindən vurulan Rusiya döyüş təyyarəsinin pilotları haqda hələ də dəqiq məlumat yoxdur. Noyabrın 24-də gün ərzində pilotlarla bağlı azı üç müxtəlif informasiya yayıldı. Bayırbucaq bölgəsində döyüşən türkmənlər hər iki pilotun öldürüldüyünü, Türkiyə tərəfi hər iki pilotun sağ olduğunu, Rusiya tərəfi isə pilotlardan birinin paraşütlə düşdüyü zaman göydə vurulduğunu bildirmişdi. Bu gün isə Rusiyanın Parisdəki fəsiri təyyarədən atılan iki pilotdan birinin tapıldığını açıqlayıb. Səfir pilotun Suriya ordusunun əsgərləri tərəfindən tapıldığını bildirib. Lakin səfir pilotun sağ və ya ölü tapıldığı haqda bir söz deməyib.
azadliq.info