“İŞİD-lə mübarizədə Fransanın yanındayıq”

obama-nuklersammit14ABŞ prezidenti Obama  İŞİD-lə mübarizədə Fransanın yanında olacaqlarını bildirib. Fransa prezidenti Ollandla Ağ Ev-də birgə mətbuat konfransı təşkil edən Obama, ABŞ olaraq yaxşı günlərdə olduğu kimi, pis günlərdə də dostların yanında olacaqlarını vurğulayıb. Obama İŞİD və ideologiyasıyının hamıya qarşı ciddi təhdid olduğunu da dilə gətirib.

Olland isə Obama və Amerika xalqına terror zamanı verdikləri dəstəyə görə təşəkkür edib. Fransa prezidenti neft, narkotik və insan alveri ilə ayaqda duran IŞİD-in bir çox ölkəyə qarşı terror hücumları sistemləşdirdiyinə diqqət çəkib və terrora qarşı ortaq, güclü bir cavab verilməli olduğunu bildirib.

 

azadliq.info