İki gün öncə Suriyanın hökumət qüvvələrinin əlinə keçən Bayırbucaq bölgəsinin strateji nöqtəsi olan Qızıldağ, bu gün səhər saatlarında türkmən döyüşçülər tərəfindən geri alınıb. Sultan Abdulhamid Xan briqadasının sözçüsü Mustafa Abdullah Qızıldağ bölgəsində 2 gündür davam edən əməliyyatlardan sonra bu gün səhər saat 6:00-da ərazini geri aldığlarını təsdiqləyib: “6 şəhid, 15 yaralımız var. İki gün öncə Əsəd, İran və Rusiya qüvvələrinin əlinə keçən Qızıldağın bütün nöqtələri artıq nəzarətimiz altındadır. Hazırda şiddətli qarşıdurmalar davam edir. İnşallah irəliləyişimiz davam edəcək. Qızıldağın azad olunması zamanı qarşı tərəf yüzlərlə itki verdi”.
Mustafa Abdullah bu gün səhər Türkiyə tərəfindən vurulan Rusiya təyyarəsini idarə edən iki pilotdan birinin onların əlində olduğunu da bildirib.
azadliq.info