ABŞ türkmənlərin İŞİD-ə qarşı çox təsirli bir döyüş qrupu olduğunu açıqlayıb. Dövlət katibinin spikeri Mark Toner, gündəlik mətbuat konfransında mövzu ilə əlaqədar sualları cavablandırarkən belə deyib. Türkmənlərin İŞİD-ə qarşı əhəmiyyətli bir güc olduğunu ifadə edən Toner, “Daha əvvəl də bildirdiyim kimi, türkmənlər, İŞİD-ə qarşı bizim dəstəkləməyə çalışdığımız çox güclü yerli qüvvədir”, deyə bildirib.
azadliq.info