Suriya türkmənləri strateji əhəmiyyətə malik Qızıldağ təpəsini və ətrafını azad etmək üçün hücum başlayıb. Türkmənlərin strateji əhəmiyyətə malik bölgəyə doğru irəlilədiyi bildirilir. Məlumata görə, bu gün Lazkiye düzündə yerləşən Bayırbucaq türkmən bölgəsində qarşıdurmalar daha şiddətli xarakter alıb.
Xatırladaq ki, Bayırbucaq bölgəsində Türkmən dağının ən strateji nöqtəsi olan Qızıldağ dünən tamamilə rejimin nəzarətin keçmişdi.
azadliq.info