“Qarşıdakı beş ildə nə olacağını bilmirik”

david_cameronBritaniyanın baş naziri Devid Cameron parlamentə “Müdafiə Strategiyası” adlı hesabat təqdim edib. Baş nazir növbəti 10 ili əhatə edəcək 178 milyard sterlinqlik müdafiə xərcləri ilə əlaqədar detalları da açıqlayıb:

“Tarix bizə heç bir hökumətin gələcəyi təxmin edə bilməyəcəyini öyrətdi. Önümüzdəki beş ildə hadisələrin nə şəkil alacağını bilmək imkanımız yoxdur. Gözlənilməzliklərə hazırlıqlı olmaq məcburiyyətindəyik . Ortaya çıxa biləcək yeni təhdidlərə cavab vermək imkanında olmalıyıq.

Hesabatda İngilis silahlı qüvvələrinin quru, hava və dəniz qolları üçün nəzərdə tutulan yeni avadanlıqların alınması da öz əksini tapıb. Hesabatda Boeing P8 tipi 9 yeni dəniz patrul və kəşfiyyat təyyarəsi, balistik mərmi atma tutumlu dörd sualtı qurğu, 138 F-35 təyyarəsi, 13 yeni fırkateyn və 2 patrul gəmisi alınması nəzərdə tutulur. Təqdim olunan Hesabatda həmçinin xarici münaqişələr üçün sürətli intiqal və müdaxilə qabiliyyəti olan 5 min nəfərlik iki təcili müdaxilə briqadası yaradılması da nəzərdə tutulur.