Bundestaq rəsmi Bakını insane haqlarına hörmət etməyə çağırır
“Siyasi məhbuslarla bağlı məruzəçi Kristof Ştrassein ölkəyə buraxın”
Almaniya Bundestaqı Azərbaycanın Insan Haqları və Humanitar Yardım üzrə Alt Komitəsinə qətnamə göndərib. Orada deyilir ki, Azərbaycanın Avropa Şurasının standartlarına əməl edəcəyini gözləyir. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və 2002-ci ilin aprelində Insan Haqları üzrə Avropa Konvensiyasını imzalayaraq oradakı insan haqları standartlarına əməl edəcəyi öhdəliyini götürüb. Azərbaycan öhdəliyi könüllü şəkildə götürüb və ona əməl etməyə borcludur. 2009-cu ilin martında AŞ PA Kristofer Ştrasseri Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib. Məruzəçi Azərbaycan türmələrinə məneəsiz girə bilməlidir. Dəfələrlə xahiş etməsinə baxmayaraq, Azərbaycan ona viza vermir. Bakının tələbinə cavab olaraq mandatın yalnız Azərbaycanda siyasi məhbuslar üçün məhdudlaşdırılması bir neçə həftə dayandırılsa da, bununla belə Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçiyə yenə viza vermədilər, bununla onu yenə ölkəyə səfərini təxirə salmağa məcbur etdilər.
Eyni zamanda, Azərbaycanda siyasi məhbusların vəziyyəti narahatçılıq doğurur.
Müxalifət nümayəndələrini, jurnalistləri və blogerləri hədələyir və həbsə məhkum edirlər. Ona görə çox vacibdir ki, Avropa Şurası öz məruzəçisi vasitəsilə Azərbaycanda Insan Haqlarına dair Avropa Konvensiyası standartlarının vəziyyətinin dərəcəsi barədə təsəvvür formalaşdıra bilsin.
Insan Haqları və Humanitar Yardım üzrə Komitə:
– Gözləyir ki, Avropa Şurasının bütün üzvləri, o cümlədən Azərbaycan Avropa Şurasına üzv olarkən götürdükləri öhdəlikləri, o cümlədən təyin edilən məruzəçilərlə işləmək öhdəliyini yerinə yetirəcək;
– Avropa Şurası Parlament Assambleyasını çağırır ki, Azərbaycanın Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserə yubadılmadan ölkəyə gəlməsinə icazə verməsinə və ona öz mandatını yerinə yetirmək üçün zəruri köməyi göstərsin;
-Avropa Şurası Parlament Assambleyasını çağırır ki, Azərbaycanın Avropa Şurası üzvü kimi könüllü qəbul etdiyi standartlara cavab verməsinə və Insan Haqları və əsas azadlıqlar üzrə Avropa Konvensiyasına riayət etməsi üçün hərtərəfli tədbir görsün;
-Azərbaycanı insan haqları standartlarına riayət etməyə çağıran Almaniya hökumətinin səylərini alqışlayır(Turan).