Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçildi

ismayil-kahraman-tbmm-baskanSeçkinin üçüncü turunda AKP İstanbul millət vəkili İsmayıl Qəhrəman 316 səs qazanaraq Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçilib.

***

Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçkiləri nəticəsiz başa çatıb. Seçkinin ilk turunda 4 namizəd iştirak edib. Səsvermədə heç bir namizəd seçilmək üçün lazım olan 367 deputatın səsini əldə edə bilməyib.

Səsverməyə qatılan 525 millət vəkilinin səsləri namizədlər arasında belə bölünüb:

AKP İstanbul millət vəkili İsmayıl Qəhrəman 316 səs, CHP Ankara millət vəkili Gülsün Bilgəxan 127 səs, HDP Mersin millət vəkili Dengir Mir Mehmet Fırat 41 səs və MHP Kayseri millət vəkili Yusuf Halaçoğlu 41 səs alıb.

azadliq.info