Mədət Quliyev internet kəsintisinin baş verməsinə münasibət bildirib

medet quliyevMilli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev bir neçə gün əvvəl ölkədə baş vermiş internet problemi ilə bağlı fikirlərini açıqlayıb.
 
M. Quliyev bildirib ki, internet kəsintisi “Delta Telekom”da qısaqapanmadan yaranan yanğın nəticəsində baş verib.
“Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir. Hadisənin hər hansı aksiya və terror aktı olması ilə bağlı hələlik məlumat yoxdur”, – deyə o bildirib.
(apa)