Akademik Qarabağı ermənilərə vermək cəhdində belə ittiham olundu
Akademik Rafqi Əliyevə qarşı təşkil olunmuş kampaniya davam edir. Bu dəfə prosesə Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri cəlb olunub.
“1.news.az” saytı AMEA-nın həqiqi üzvləri Telman Əliyev, Fikrət Əliyev, müxbir üzvləri Rasim Əliquliyev və Ağası Məlikovun geniş açıq məktubunu dərc edib. Üslubundan məktubun təşkil edildiyi açıq hiss olunur.
Məktub müəllifləri Rafiq Əliyevin alimliyinə şübhə salır, ümumi sözlərlə onun hər hansı ciddi elmi nailiyyətinin olmadığını əsaslandırmağa çalışırlar. Onlar hətta belə 1 idda da irəli sürürlər ki, Rafiq Əliyev vaxtilə Mərkəzi Komitənin Dağlıq Qarabağı Ermənistana vermək planında Vəzirovun yaxın adamı kimi iştirakçı olub. Guya Rafiq Əliyev heç AMEA-nın müxbir üzvü də öz gücünə seçilməyib. Onun seçilməsi üçün Vəzirov Akademiya rəhbərliyinə təzyiq edib və s.
Akademikin ünvanına aşağılayıcı ifadələrlə hazırlanan məktubla barədə daha geniş məlumatı və bu məktuba reaksiyaları növbəti sayımızda təqdim etməyə çalışacağıq.