Xədicə İsmayılın məhkəməsi təxirə salındı VİDEO

Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın apelyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb.

hakim İlqar Murğuzovun sədrlik etdiyi məhkəmə prosesinin bugünkü iclası texniki səbəbdən baş tutmayıb.

Belə ki, X.İsmayılın vəkilləri bir neçə gün öncədən məhkəməyə yazılı şəkildə müraciət edərək Gürcüstana seminara getdiklərini, bu üzdən prosesdə iştirak edə bilməyəcəklərini bildiriblər.

Proses noyabrın 25-dək təxirə salındı.

X.İsmayıl plakat vasitəsilə prosesə qatılanlara mesaj ünvanlayıb. Plakatda Kürdaxanı İstintaq Təcridxanasında saxlanılan yetkinlik yaşına çatmayan məhbusların karserə salındığı yazılmışdı.