İŞİD terrorçu qruplaşması Misirdə Rusiyaya məxsus A-321 təyyarəsini partlatdığını iddia etməkdədir. Terror təşkilatına məxsus jurnalda terror aktı zamanı istifadə edilən əldəqayırma bombanın şəkli dərc edilib. Şəkildə partlayıcı qurğunun hissələrini, həmçinin idarəetmə pultunu görmək olar.
Terrorçuların təyyarədəki sərnişinlərin sənədlərinə hansı yolla çıxış əldə etməsi qaranlıq qalır.



