NATO-nun baş katibi Jens Stoltenberg müsəlmanların terrorun ən böyük qurbanı olduğunu bildirib.
Stoltenberg, Brüsseldə AB müdafiə nazirləri yığıncağına qatılmazdan öncə belə bir açıqlama verib. Baş katib Parisdə təşkil olunan terror hücumlarının yalnız günahsız insanları hədəf almadığını, eyni zamanda NATO və AB-nin demokratiya, azadlıq və açıq cəmiyyət kimi təməl dəyərlərini hədəf aldığını vurğulayıb.
Parisdəki dəhşətli terrorun Qərb və İslam dünyası arasında savaş olmadığını xatırladan baş katib, fikirlərinə belə davam edib: “Müsəlmanlar, terrorla mübarizədə ön cəbhədədir və onlar terrorun ana qurbanlarıdır. Beyrutda, Ankarada baş verənlər və partladılan Rusiya təyyarəsi də terrorun din və millət seçimi etmədiyinin göstəricisidir”.
azadliq.info