Strasburqda Azərbaycan mətbuatı müzakirə edildi

metbuat-müzakire-strasburqBu gün Strasburqda “Sərhədsiz Reportyorlar”ın təşkilatçılığı ilə “Azərbaycanda söz azadlığının problemləri” mövzusunda konfrans keçirildi. Konfransda “Sərhədsiz Reportyorlar”ın Şərqi Avropa və Asiya ölkələri depattamentini rəhbəri Yohann Bihr, “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil və qəzetin baş redaktoru , “Azərbaycan saatı” tv proqramının rəhbəri Qənimət Zahid çıxış ediblər. Onlar ölkəmizdə mətbuatın problemləri, repressiyalar və insan haqlarının indiki durumu ilə bağlı məruzə etdikdən sonra iştirakçıların suallarına cavab veriblər. Konfransda Strasburq şəhər ictimaiyyətinin nümayəndələri, Avropa Birliyinin təmsilçiləri və jurnalistlər iştirak ediblər.

azadliq.info