Noyabrın 16-da respublika ərazisində internet sistemində problemlərin yaşanması ölkə iqtisadiyyatına zərbə vurmaqla yanaşı ciddi ajiotaja səbəb oldu.
Bunu millət vəkili Zahid Oruc Moderator.az – a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu hadisə bir daha ölkədə internet sisteminin etirbarlı təminatının olmadığı problemini ortaya qoymuş oldu:
“Çünki dünən baş verən hadisə təkcə vətəndaşın kiminləsə yazışması kimi başa düşülməməlidir. Müasir dünyamızda bütün hökumət və dövlət strukturları, həmçini digər qurumlar və özəl sektor öz fəaliyyətininin müəyyən bir qismini məhz internet vasitəsi ilə həyata keçirir. Elə bunun nəticəsində dünən bank və digər sektorların fəaliyyəti iflic oldu. Baş vermiş hadisə hökuməti ciddi düşündürməli və bundan nəticə çıxarıb etibarlı alternativ informasiya təminatı mexanizmi yaradılmalıdır.”
Millət vəkili hesab edir ki, internet sistemini hansısa bir qurumun monopolyandan çıxarılmasına ehtiyac var. “Ölkənin etibarlı informasiya məkanını təmin etmək üçün alternativ yollar aranmalıdır. Rəqabət mühiti formalşdırılmalıdır. Bunun üçün hökumət, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi parlamentlə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və islahatlar aparmaq üçün birgə addımlar atmalıdır”, – deyə millət vəkili əlavə etdi.
Millət vəkili noyabrın 16-da internet sistemində baş verən hadisələrin Milli Təhlükəsizilik Nazirlyi ətrafənda baş verən proseslərlə sinxron olduğunu da istisna etmədi:
“Ola bilsin ki, bununla kimlərsə bu sistemdə qorunub saxlanan hansısa izlərin itirilməsinə çalışıb. Müxtəlif versiyalar ola bilər. Amma bunu demək çox çətindir.”
Millət vəkili əlavə etdi ki, baş verən hadisələr ölkənin imicinə zərbə vurmasa da, informasiya təhlükəsizliyində problemin olduğunu ortaya qoydu:
“Çünki bu gün elə bir dövlət strukturu yoxdur ki, o qurumun fəaliyyəti elektron idarəetmə sistemi ilə əlaqəli olmasın, elə sahələr var ki, internet olmadıqda fəaliyyəti tamamilə iflic olur. Məsələn, bank sektoru. Məhz alterntiv informasiya məkanının olmaması nəinki təhlükəsizliyə, eyni zamanda istiqsadiyyata da öz mənfi təsirini göstərmiş olur. Ona görə də hökumət bu məsələ üzərində ciddi düşünməlidir”