«Rusiya neftdən asılılığını azaltmalıdır»
Beynəlxalq Valyuta Fondunun rəhbəri dünyanın ən iri neft istehsalçısı olan Rusiya neft ixracından asılılığı azaltmasını və iqtisadiyyatında diversifikasiya aparmalı olduğunu bildirib.
Fondun əvəzləyici rəhbəri Kristin Laqard Moskvada çıxışı zamanı Rusiyanın son illərdə bir sıra maliyyə islahatları həyata keçirdiyini, lakin hələ də müəyyən “zəif nöqtələri” olduğunu söyləyib. Laqard ölkənin büdcə defisitinin üç dəfə artdığını və Rusiya iqtisadiyyatında müxtəlifliyə ehtiyac olduğunu vurğulayıb.
Əlavə edək ki, Rusiya 1998-ci ildə öz borclarında defolt edərək valyutasının məzənnəsini endirməli oldu. Bu tənəzzülə səbəb neft qiymətlərinin kəskin düşməsi olmuşdu.


