Avropada mühacir həyatı yaşayan, hüquqşünas Ataxan Abilov Ədliyyə Nazirliyinin AXCP-nin son qurultayının nəticələrini tanımaqdan imtina etməsinə münasibət bildirib. Ataxan Abilov özünün Facebook səhifəsində yazır:
“Ədliyyə Nazirliyi AXCP-nin son qurultayının nəticələrini tanımaqdan imtina edib. Bunu bir tərəfdən 100 faizli göstəricilə saxta keçirilən parlament seçkilərinin siyasi müstəvidə müzakirəsindən, habelə MTN və Rabitə Nazirliyində baş verən özbaşnalıqlardan ölkənin aparıcı müxailfət partiyasının diqqətini yayındırmağa, digər tərəfdən isə 2018-ci il prezident seçkilərində əsas alternativ namizədi sıradan çıxartmağa hesablanan addım kimi qiymətləndirirəm.
Aristotel deyirdi ki, bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir. Azərbaycan qanun adı altında törədilən ədalətsizliklərlə üz-üzədir. Qanun adıyla Eldar Mahmudovun, MTN-in dünən etdikləriylə, Fikrət Məmmədovun, Ədliyyə Nazirliyinin bu gün etdikləri arasında heç bir fərq görmürəm…”