Akademik Rafiq Əliyevin işdən çıxarılması ətrafında müzakirələr səngimək bilmir. Ölkə ziyalılarından tutmuş, ictimai-siyasi fəallara qədər hər kəs, eləcə də Ictimai Palata Azərbaycan hakimiyyətinin dünya şöhrətli elm adamına qarşı bu münasibətini kəskin tənqid edir.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir hesab edir ki, hakimiyyət bu addımı ilə özünün simasını bir daha göstərmiş oldu: “Bu, indiki repressiv rejimə yaraşan bir hərəkət idi. Bu hakimiyyət azad düşünən, cəmiyyətin taleyindən narahat olan, millətin gələcəyini düşünən ziyalıları istəmir. Ziyalının söz sahibi olması bu hakimiyyət üçün qəbuledilməz bir şeydir. Bunlar ancaq riyakar, məddah ”ziyalıları” qəbul edirlər. Rafiq Əliyevə qarşı son dərəcə çirkin hərəkətə yol verdilər. Buna başqa bir ad qoymaq olmur”.
Koordinasiya Şurasının digər üzvü Aqil Səmədbəyli bu hakimiyyətin heç bir halda dəyişmək istəmədiyini deyir: “Rafiq Əliyev kimi ziyalıya qarşı bu cür münasibət Azərbaycan xalqına olan münasibətin davamıdır. Bu hakimiyyət bugünə qədər xalqın sözünü eşitmək istəməyib. Indi də ziyalının haqq səsini boğmaq istəyir. Bu adamlardan başqa bir şey gözləmək olmazdı. Heç cür dəyişmək istəmirlər. Necə gəliblər elə də davam edirlər. Dünyada gedən proseslərdən də nəticə çıxarmırlar. Bundan sonra dəyişəcəklərini də düşünmürəm. Ataların yaxşı bir misalı var ki, qozbeli qəbir düzəldər. Bugünə qədər belə nümunələri çox görmüşük. Rafiq müəllimə qarşı baş verənlər də bu repressiv prosesin ardıdır”.
Ictimai Palatanın üzvü Imamverdi Cəfərov dünya şöhrətli elm adamına qarşı bu cür münasibətdən təəssüfləndiyini bildirir: “Bundan əvvəl biz həm ölkə daxilində, həm də başqa dövlətlərdə ziyalıya qarşı bu cür hərəkətlərin hansı nəticələr doğurduğunu görmüşük. Bu, gələcəkdə nəinki ölkə müxalifəti, eləcə də ölkə ziyalıları ilə də dialoqa yer qoymayan davranışdır. Rafiq Əliyevin işdən çıxarılması onun ziyalılığını əlindən almır. Əksinə, ziyalı kəsimi bir az da radikallaşdırır. Bu cür repressiv tədbirlər nəticə vermiş olsaydı, bu gün professor Şahlar Əsgərov, keçmiş deputat Gültəkin Hacıbəyli danışmazdı. Indi Rafiq Əliyevi müdafiə edirik. Sabah Şahlar Əsgərovla bağlı eyni vəziyyət yaransa, onu da müdafiə edəcəyik. Problem ondadır ki, ortada ölkənin imici zərbə alır. Həm Rafiq Əliyev, həm Rüstəm Ibrahimbəyov dünyada tanınmış adamlardır. Belə adamlara qarşı repressiya dərhal beynəlxalq səviyyədə ictimailəşir. Azərbaycan hakimiyyəti bu məqamı nəzərə almalıdır”.
Gültəkin