Akif Çovdarov belə qandallandı – məhkəmədən FOTO

Səbayel Rayon Məhkəməsi general Akif Çovdarov barədə hökm çıxarıb.

Virtualaz.org saytının hazırda məhkəmə binası önündə olan müxbiri xəbər verir ki, məhkəmənin qərarına görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

***

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarova rəsmi ittiham irəli sürülüb.

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Baş Prokurorluğun Ağır Cinayətlərə dair Baş İdarəsi generalı CM-in eyni vaxtda bir neçə maddəsi ilə, o cümlədən qulluq mövqeyindən sui-istifadə etməkdə və təhdidlə pul tələb etməkdə ittiham edir.

Hazırda Akif Çovdarov Səbayel Rayon Məhkəməsinə gətirilib. Məhkəmə generalın həbsinə dair təqdimatı nəzərdən keçirir.

Məhkəmə prosesi qapalı şəkildə keçirilir.

covdarov-mehkeme