Hüquq müdafiəçisi iki gün əvvəl səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilmişdi
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov vəfat edib.
Məlumata görə, tanınmış hüquq-müdafiəçisi iki gün əvvəl səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən E. Behbudov gecə saat 01.00 radələrində dünyasını dəyişib. (APA)