QOÇ
Gələcək qələbələrə ümid etməklə, elə özünüz kimi fantaziyası güclü olan potensial müttəfiqlərinizlə şərikli planlarınızı müzakirə edəcəksiniz. Günün ikinci yarısında əhvalınız korlana bilər. Təəssüf ki, bu gün cazibəniz ürəyiniz istədiyi kimi diqqətçəkici olmayacaq.
BUĞA
Planlarınızı dəyişməyəcəksiniz, bu mənada gün sizi aldatmayacaq. Işgüzar fəallıq o qədər də yüksək olmayacaq. Buna baxmayaraq, üzərinizə düşənin öhdəsindən gələcəksiniz. Maliyyə itkisi də gözlənilir. Uğursuz alış-veriş də istisna deyil.
ƏKIZLƏR
Bir sıra çətinliklər olsa da, pis gün deyil. Nikbinlik və həyat eşqinin yüksəkliyi sizi daha da cazibədar edir. Bu gün böyük məbləğli alış-veriş üçün münasib deyil. Bu gün sizin ağlınıza gələn parlaq ideyaları sabah reallaşdırmaq imkanınız olacaq.
XƏRÇƏNG
Bu gün bəxti gətiirənlər cərgəsindəsiniz. Ulduzlar bu mövzuda digər bürclərdən çox sizləri dəstəkləyəcək. Uzaqdan xoş xəbər alacağınız ehtimal olunur. Maraqlı təklif və ya dəvət alacağınız da gözlənilir.
ŞIR
Məhsuldar gün deyil. Ətrafdakılarla yaxşı dil tapacaqsınız. Ancaq yaxınlarınızla münasibətlər heç də yaxşı olmayacaq. Onların sizdən gözlədiklərinin tam tərsini deyirsiniz. Əgər yarınız çox həssasdırsa, onda ciddi mübahisə qaçılmazdır.
QIZ
Bir sıra çətinliklərin öhdəsindən gələcəksiniz. Ulduzlar bildirir ki, fiziki gərginlikdən uzaq durmaq lazımdır. Özünüzü qoruyun. Günün ikinci yarısına təyin etdiyiniz şəxsi görüşdə belə, işdəki problemlərinizi unuda bilməyəcəksiniz.
TƏRƏZI
Çətinlik bitib tükənmir. Mübarizə apara-apara həyat eşqiniz bəzən sönür. Amma yeni gündə yeni ümidlərlə yolunuzu işıqlandırmağa çalışacaqsınız. Ulduzlar deyir ki, təslim olmayın, yalnız irəli. Xoş gələcək sizi gözləyir.
ƏQRƏB
Əgər günün birinci yarısında situasiyanı nəzarətə götürməsəniz, gününüz şən keçməyəcək. Heç kim sizin həyatınızı yaxşılaşdırmayacaq, bunu özünüz etməlisiniz. Yaxşı olar ki, son günlərdə baş verənləri süzgəcdən keçirəsiniz. Nəticədə buraxdığınız səhvləri anlayacaqsınız.
OXATAN
Işləriniz pis getmir, buna baxmayaraq, gün xoşunuza gəlməyəcək. Məsələ sizin istəyinizin çoxluğuyla bağlıdır. Məsələyə bir balaca fəlsəfi yanaşın ki, əhvalınız korlanmasın. Əgər əhvalınız korlansa, yaxınlarınızla da münasibətiniz yaxşı olmayacaq.
OĞLAQ
Sizin bəxtiniz heç gətirmir. Siz nəyəsə nail olmağa çalışdığınız halda, o, naməlum tərzdə əlinizdən çıxır. Ulduzlar sizə qarşı səfərbər olublar. Bu gününüzü xırda işlərə həsr edin. Yaxşı olar ki, əhvalınızı yüksəldəcək şəxslərlə ünsiyyətdə olasınız. Yaxşı əhval-ruhiyyə xoşagəlməz anlardan sizi müdafiə edəcək.
DOLÇA
Çətin, amma vacib problemin həllilə məşğul olacaqsınız. Hətta bəziləri tərəfindən “bu məsələyə baş qoşmağa dəyməz” kimi fikirlər də səslənəcək. Amma siz faydalı bir iş gördüyünüzə əmin olacaqsınız. Məhz bu inamlı hərəkətlə ətrafdakıları özünüzə cəlb edəcəksiniz.
BALIQLAR
Bu gününüz dünənkindən yaxşı olmasa da, onu xoş saymaq olar. Işdə uğur qazanacaqsınız. Günün emosional mənzərəsi stabil olmayacaq. Bəzən ən xırda məsələyə görə özünüzdən çıxacaqsınız. Xoşbəxtlikdən yaxınlarınız sizi başa düşməyi bacaracaq.