Gəncəyə və Qəbələyə uçuşlar ləğv olunur

azal1Bakı-Gəncə-Bakı və Bakı-Qəbələ-Bakı aviareysləri ləğv olunur.

Məlumatı AZAL-a istinadla «Trend» yayıb.

«Sərnişinlər bu reyslərdən kifayət qədər istifadə etmədiyi üçün həmin reyslər ləğv olunacaq. Artıq bu səbəbdən Bakı-Qəbələ-Bakı istiqamətində uçuşlar həyata keçirilmir» – AZAL-ın mətbuat xidmətindən bildirilib.

Bakı-Gəncə-Bakı istiqamətində uçuşlar noyabrın 21-də dayandırılacaq.