Yalçın Akdoğan: «Dünyanın heç yerində bir məhkum həbsxanadan terror olayları ilə bağlı təlimatlar verə bilməz»
Türkiyə hökuməti PKK lideri Abdulla Öcalanın Imralı həbsxanasından təlimatlar verməsinin qarşını almaq üçün tədbirlər görəcək. Məlumata görə, bunu Türkiyə baş nazirinin siyasi məsələlər üzrə baş sözçüsü, Ədalət və Inkişaf Partiyasının Ankaradan olan millət vəkili Yalçın Akdoğan bildirib.
Yalçın Akdoğan deyib ki, dünyanın heç bir demokratik ölkəsində bir məhkum həbsxanadan təhdidlər yağdıra, terror təşkilatını idarə edə, terror olayları ilə bağlı təlimatlar verə bilməz: “Abdulla Öcalanla bağlı vəziyyət çox yaxşı müzakirə olunası bir mövzudur(APA). Hesab edirəm ki, bununla bağlı bəzi tədbirlər görüləcək”.


