avroparlament1

Avropa Parlamentindən İsrailə ciddi zərbə

avroparlament1Avropa Parlamenti İsraillə bağlı qətnamə qəbul edib. Qətnamədə, fələstinlilərin paytaxtı Şərqi Qüds olmaqla, Fələstin dövlətini yaratmaq, İsrailin Qəzza bölgəsində törətdiyi dağıntıları bərpa etmək öhdəliyi, işğal olunmuş ərazilərdən çəkilmək kimi müddəalar öz əksini tapıb. 525 nəfərin leyhinə, 70 nəfərin əleyhinə səs verdiyi  qətnamədə, Avropa Birliyi ölkələrinə İsrailə silah satışından imtina etmək, eləcə də hərbi müdafiə sahəsində əməkdaşlığı dayandırmaq tövsiyyə olunur. İşğal olunmuş Fələstin ərazilərində istehsal edilən malların üzərində “İsrail” yazılmasınn qadağan edilməsi və belə məhsulların Avropaya ixracının dayandırılması da qətnamədə öz əksini tapıb.

 

azadliq.info