İŞİD Rusiyanı ciddi terror aktları ilə hədələyib. Təşkilatın rəsmi mətbuat resursu hesab olunan “Əl-Həyat” saytında bununla bağlı video yayılıb.
Videoda Rusiyanı “qan gölündə boğmaq” vəd olunur. “Okean suları qədər insan qanı axıdacağıq” deyə İŞİD Rusiyaya qarşı hədəsində bildirir.
Terror təşkilat vəd edir ki, Rusiyaya hücumlar çox qısa müddət ərzində və kəskin olacaq (azadliq.info).
Videomüraciət barədə SITE monitorinq qrupu da məlumat yayıb. Qrup bildirir ki, IŞID-in media orqanı videonu rus dilində hazırlayıb: “Çoxsaylı qətl səhnələrini əks etdirən çarxda deyilir ki, Qafqaz geri alınacaq və onun qara qüvvələr tərəfindən idarə olunmasına son qoyulacaq. Videomüraciətdə texliklə qanın su yerinə axıdılacağı da deyilir”.