Ruhani ABŞ-la münasibətlərdən danışıb

hesen ruhaniİran prezidenti Həsən Ruhani, İtaliya səfərindən əvvəl “Corriere della Sera” qəzetinə müsahibə verib. Qərblə nüvə razılaşmasının Tehranla Vaşinqton arasında daha yaxşı münasibətlər qurulması üçün zəmin yaratdığını bildirib. Ruhani, bununla yanaşı, diplomatik əlaqələrin yenidən bərqərəar olunması, qarşılıqlı səfirliklərin açılamsı üçün keçmişdə olanlara görə ABŞ-ın  üzr istəməli olduğunu bildirib.
Ruhani, nüvə razılaşmasının doğru şəkildə həyata keçiriləcəyi təqdirdə, ABŞ-la daha yaxşı münasibətlər qurulacağı, hər iki ölkə üçün  yeni bir dövrün başlanacağını bildirib.

 

azadliq.info