FİFA Mişel Platinini məyus etdi

platiniBu gün FIFA-nın seçki heyəti, qrum prezidentliyinə namizədlərin adını açıqlayıb. Maraqlı orasıdır ki,  təsdiqlənən 5 namizədin arasında UEFA prezidenti Mişel Platinin adı yoxdur.

FİFA-nın internet saytında yer alan məlumatda, 26 fevral, 2016-cı ildə İsveçrənin Sürix şəhərində keçiriləcək seçkilərdə prezidentlik uğrunda UEFA-nın baş katibi Gianni Infantino, FIFA-nın keçmiş baş katibinin müavini Jerome Champagne, Cənubi Afrikalı iş adamı Tokio Sexvale, İordaniya şahzadəsi Əli Bin Əl Hüseyn və Asiya Futbol Konfederasiyasının rəhbəri Şeyx Salman bin İbrahim Əl-Xəlifə  mübarizə aparacaq.

 

azadliq.info