Hüquq müdafiəçisi Eldar Mahmudovun qohumu barədə şok məlumatlar açıqladı
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) barəsində həbs qətimkan tədbiri seçilmiş 4 əməkdaşının adı məlum olub. Həbs edilən şəxslər MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin əməkdaşlarıdır. Məlumata görə, barəsində həbs qətimkan tədbiri seçilən şəxslər MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin, Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş Idarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədovdur.
MTN generalının restoranından çıxdı, intihar etdi
Noyabrın 10-dan 11-nə keçən gecə Bakının Goradil kəndindəki dənizkənarı ərazidə, MTN generalı Nizaməddin Həmidova məxsus Abşeron Marina restoranının yaxınlığında intihar hadisəsi baş verib. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbə, intihar edən şəxsin dövlət məmuru olduğu və Abşeron-Marinadan çıxandan sonra, restoranın yaxınlığında intihar etdiyini bildirib.
Mənbənin məlumatına görə, sabiq MTN rəhbərliyinin tez-tez baş çəkdiyi, iş adamları və dövlət məmurlarına “racon” kəsildiyi bu restoran, həm də gizli sövdələşmələr, alqı-satqı məkanı olub. Xüsusilə də, işə düzəlmək, iş yerini başqa yaşayış məntəqəsinə dəyişmək, vəzifə piramidasının zirvəsinə doğru yol almaq üçün sabiq MTN rəhbərliyinə milyonlarla manat miqdarında pul verən çoxlu sayda insan, komandanın bir göz qırpımında bayıra atılması ilə çıxılmaz vəziyyətə düşüb. Onların bir çoxu verdikləri pulu geri almaq üçün səy göstərir ki, saysız-hesabsız şikayətçinin mövcudluğu fonunda bu səylərin nəticə verəcəyi o qədər də real görünmür. Goradil çimərliyi sahilindəki intihar edən şəxsin də, verdiyi pulu geri ala bilmədiyinə görə intihar edə biləcəyi istisna olunmur.
Əli Əsədov 2 milyard pulu ölkədən kimlə çıxardı?
“Inamla Hüquq” MMC-nin direktoru Bəxtiyar Məmmədov isə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Eldar Mahmudovun yaxın qohumu Əli Əsədovla bağlı xural.com-a ilginc faktlar açıqlayıb. Həmin faktları bəzi ixtisarlarla təqdim edirik: “Beynəlxalq Bankdan 6 milyard manatın qısa müddət ərzində girovsuz kreditlər şəklində kölgə kabinet üzvlərinə və onlara yaxın olan dırnaqarası oliqarx-biznesmenlərə verilməsində, MTN-nin sabiq naziri Eldar Mahmudov tərəfindən 2 milyard pulun ölkədən çıxarılmasında Prezidentin Iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədov təşkilatçılıq etmişdir. Əli Əsədov bu günə qədər 100 milyonlarla büdcə vəsaitini və vətəndaşların əmlakını qanunsuz sökərək onlara catacaq pulları, vəsaitləri dələduzluq yolu ilə mənimsəmişdir. Əli Əsədov 2 milyard pulu MTN-nin Binə hava limanında şöbə rəisi və ”Silkvey” şirkətinin yük daşımaları üzrə komandiri Şəmistan Mirsalayev və onun işçiləri vasitəsilə ölkədən çıxarmışdır. Əli Əsədov Istanbulda “Azimport” MMC-də şərikləri olan erməni əsilli Rəşad Məmmədovun, onun qaynı Azər Əsgərov və Xəzər rayonunun icra başçısı Gülağa Ismayılovun adına 3 ədəd mehmanxana alıb.
Musa Süleymanovu Azərbaycandan kim qaçırıb?
Əli Əsədov bulvarın rekonstruksiya işi və genişləndirilməsi, Fontanlar meydanının yenidən qurulması və digər layihələrdə şərik olan “TV Musa” ləqəbli Musa Süleymanovun adına Beynəlxalq bankdan 100 milyon manat girovsuz kredit götürmüşdür və bu pullar Batumidə otel və kazino tikintisində istifadə olunur. 2015-ci ilin may ayında DIN MCQMI tərəfindən saxlanılan Musa Süleymanovun azad edilməsi və Azərbaycandan qaçmasını da Əli Əsədov təşkil edib.
Son 5 ildə qəzet və saytlarda Əli Əsədov, Eldar Mahmudov, Cahangir Hacıyev, Cahangir Əsgərov, Kərəm Həsənov və onlara məxsus şirkət, MMC, Firma, MTK-lar tərəfindən, eləcə də tabeliklərində olan vəzifəli şəxslərin qanunsuz hərəkətləri barədə çap edilən məqalə və məlumatların araşdırılması nəicəsində belə qərara gəlmək olar ki, Əli Əsədov tərəfindən hazırlanan gizli plan üzrə regionun ən zəngin bankı olan “Beynəlxalq bank”, “Texnikabank” və kölgə kabinetinin təsiri altında olan bəzi nazirlik, şirkət və iri müəssələr (Nəqliyyat Nazirliyi, “Azərsu” QSC, “AZAL” QSC, “Azərenerji” QSC və s.), onları idarə edənlər tərəfindən qəsdən israf edilən və mənimsənilən dövlət investisiyaları və nəzarətlərində olan bir neçə bank sıradan çıxarılmalı, süni surətdə yaradılan maliyyə böhranı nəticəsində pulu mənimsənilmiş xalq ayağa qalxmalı və bu da siyasi hakimiyyətin devrilməsinə gətirib çıxarılmalı idi. Başda Əli Əsədovla Eldar Mahmudovun olduğu kölgə kabineti hakimiyyəti nəticədə ələ almalı idi.
Əli Əsədovun “ulduzu” Dənizkənarı parkın və sonradan “Bayraq meydanı”nın inşası ilə əlaqədar parlamağa başladı. O, qısa müddətdə təkcə Buzovna qəsəbəsində hər kvadrat metri üçün büdcədən 1.659 manat silinərək, guya mağazaları sökülən şəxslərə kompensasiya kimi veriləcəyi adı altında inşa etdirdiyi 158 ədəd bir və iki mərtəbəli mağazalara sahib çıxdı. Onları icarəyə verdi. Icarə haqlarını mənimsədi və ildırım surəti ilə varlandı. Qısa müddət keçmədi ki, artıq özünü Azərbaycanın oliqarxı saydı və bu titula uyğun qoçu və mühafizə dəstəsi saxlamağa başladı. Eyni zamanda “restoranlar kralı”na çevrildi.
Görəsən, 800 (səkkiz) yüz min manata aldığı “Reyhan” restoranının pulunu, 250 min manata indiki Buzovna Bələdiyyəsinin sədri olan M.Əliyevdən aldığı Buzovna-Maştağa yolunun üstündə yerləşən “My friend” restoranının pulunu haradan alıb? Həmin yolun üstündə hər sotu 10 min manata aldığı 1 (bir) hektara yaxın torpaq sahəsində 2012-ci ildə inşa etdirdiyi və dənizkənarı milli parkın direktoru olan qaynı Əfqanın adına rəsmiləşdirdiyi, faktiki olaraq özünə məxsus olan, oliqarxların heç birinə mənsub olmayan 5 (beş) mərtəbəli mülkün torpaq sahəsini Əli Əsədov hansı pullarla almış və tikdirib? Axı təkcə 1 (bir) hektar torpaq sahəsinin orada bazar qiyməti hər sot üçün 10 (on) min manatdır. Başqa sözlə, torpağa 1 (bir) milyon, həmin mülkün tikintisinə isə ən azı 500 (beş yüz) min manat pul xərcləyən Əli Əsədov maaşla dolanan dövlət məmuru sayıla bilərmi? Yoxsa, o, oliqarxdır? Əgər oliqarxdırsa, hansı zavod və fabrikin sahibidir? Bu qədər vəsaiti qanuni yolla qazanıbsa, nə qədər vergi ödəyib?



