Türkiyə Suriya ərazisində quru əməliyyatlarına başlaya bilər. Hazırda 20 minə yaxın əsgərin və yüzlərlə zirehli texnikanın Surya ərazisinə girməsi müzakirə olunur. Bunun reallaşacağı halda, quru qüvvələrinə “İncirlik”dən qalxan F-16-lar dəstək verəcək.
Ankara, quru əməliyyatlarına yalnız Türkiyənin deyil, koalisiya qüvvələrinin də qatılacağını düşünür. Lakin koalisiya qüvvələri dəstək verməsə belə, Türk Silahlı Qüvvələri (TSK) sərhəddə yaxın İŞİD qüvvələrinə qarşı havadan və qurudan zərbələr eindirməyi planlaşdırır. Türkiyənin əsas məqsədi, Suriya ərazisində IŞİD-dən təmizlənilmiş “etibarlı bölgə” yaratmaq və ölkələrini tərk etmək məcburiyyətində qalan suriyalıların bu bölgəyə yerləşdirilməsini təmin etməkdir.
Hazırda TSQ-i Suriya sərhədində 55 min əsgər və 500 zirehli texnika cəmləşdirib.
azadliq.info