Kamran Ağayev yığmamızdan kənarlaşdırıldı

“Xəzər Lənkəran” klubunun qapıçısı Kamran Ağayev futbol üzrə Azərbaycan milli komandasının heyətindən kənarlaşdırılıb.

Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb kimi Ağayevin zədəli olması göstərilib. 
Yığmamızın əsas qapıçısı noyabrın 11-də Albaniya yığmasına qarşı yoldaşlıq oyununda və noyabrın 12-dən 16-dək Almaniyada təşkil olunacaq təlim-məşq toplanışında iştirak edə bilməyəcək. Ağayev bu gün Albaniyadan Bakıya qayıdacaq.