Dünyanın və Böyük Britaniyanın aparıcı bankı HSBC rus rublunun dollar qarşısında yenidən ucuzlaşacağını proqnozlaşdırır. Məlumata görə, bankın hazırladığı “Rubl: Bu ayı üçün qışlamaq yoxdur” adlı hesabata əsasən, rublun dəyərdən düşməsi ölkədən kapital axını, ticarət balansının pisləşməsi və Mərkəzi Bankın fəaliyyəti nəticəsində olacaq.
Analitiklərin fikrincə, hazırda Rusiyada 1 dolların 65 rubla bərabər olması müvəqqətidir: “Bu ilin sonuna qədər dollar 72 rubla, gələn ilin sonuna qədər isə 78 rubla qədər bahalaşacaq. Bunun qarşısını neftin bahalaşması da almayacaq”.
Hesabatda həmçinin qeyd olunub ki, Rusiyadan kapital axını yaxın aylarda da davam edəcək və ilin sonuna qədər yerli şirkətlər 20 milyard dollardan çox borc qaytarmalı olacaq.
Bu ilin ilk 3 rübündə Rusiyanın ticarət balansındakı mənfi saldo 21,7% artaraq 115,5 milyard dollara çatıb və vəziyyətin düzələcəyinə ümid yoxdur. Çünki, 2012-ci ildən bəri ölkədən qeyri-neft məhsullarımnın ixracı da azalıb, yaxın vaxtlarda isə enerji resurslarının bahalaşacağı gözlənilmir.
(fins.az)